AZ

Təqdimatı anons edilmiş Honro Magic V3 smartfonunun bəzi detalları ortaya çıxıblar

     Honor şirkəti növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V3-ün təqdimatını artıq anons edib. Sözügedən smartfon 12 iyul tarixində Çində təqdim olunacaq. İndi isə bu smartfonun bəzi əsas texniki imkanları ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumata əsasən Honor Magic V3 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.     Üstəlik smartfon peyk rabitəsi və 5.5G şəbəkə dəstəyini əldə edəcək. Məlumatda qeyd edilib ki, Honor Magic V2 ilə müqayisədə Magic V3-ün gövdəsi qatlanmış vəziyyətdə daha da nazik olacaq. Yeni smartfonun 50 MP-lik əsas arxa kameranı əldə edəcəyi gözlənilir. Üstəlik məlumata əsasən Honor Magic V3-ün şarnir konstruksiyası sudan və tozdan qorunma özəlliyini əldə edəcək. Qeyd etmək lazımdır ki, Honor şirkəti 12 iyul tarixində Magic V3 ilə yanaşı həmçinin Magic Vs3 adlı daha bir qatlana bilən smartfonunu təqdim edəcək. İkinci smartfonun Magic V3-ün bir qədər sadələşdirilmiş versiyası olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
technote.az

1Mənbələr