AZ

"Mançester Yunayted" qərar verməkdə çətinlik çəkir

"Mançester Yunayted" ötən mövsüm uğursuzluğa düçar olan hücumçusu Markus Reşfordu bu yay sata bilər.

90deqiqe.Az "Manchester Evening News"a istinadən xəbər verir ki, ingilis özü başqa komandaya getməyə hazırdır. “Mançester Yunayted” rəhbərliyi hücumçuya karyerasını dirçəltmək üçün daha bir şans verə bilər, lakin yekun qərar hələ verilməyib.

Xatırladaq ki, Markus hazırda mankunianlıların ən çox maaş alan futbolçusudur. İngilis futbolçu ildə 18 milyon avrodan çox qazanır. İngiltərə Premyer Liqasının son buraxılışında Reşford 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
90deqiqe.az

1Mənbələr