AZ

MDB Oyunlarının yarışları Xankəndidə də KEÇİRİLƏCƏK

Gələn il Azərbaycanda keçiriləcək III MDB Oyunlarını qəbul edəcək şəhərlər və yarışın proqramındakı idman növlərinin sayı bəlli olub. 

Bizim.Media sport24.az saytına istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov açıqlayıb.

O bildirib ki, MDB Oyunları ölkəmizin 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda təşkil ediləcək:

"III MDB Oyunları coğrafiyasına və növlərin sayına görə ölkəmizdə keçiriləcək ən böyük yarış olacaq".

Nazir qeyd edib ki, belə böyükmiqyaslı mötəbər tədbirinin hazırlığına indidən start verilib:

"MDB Oyunlarına hazırlıq işlərimiz davam edir. Artıq İşçi Qrup Oyunların yüksək səviyyədə təşkili üçün fəaliyyətə başlayıb". 

Xatırladaq ki, III MDB Oyunları 2025-ci ildə keçiriləcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
bizim.media

5Mənbələr