AZ

Orbandan Ukraynaya çağırış: Atəşkəs elan edin!

Macarıstanın baş naziri Viktor Orban Zelenskidən Rusiya ilə münaqişənin sülh yolu ilə həllini sürətləndirmək üçün atəşkəs barədə düşünməyi xahiş edib.

Yenisabah.az xəbər verir ki, Kiyevdə Ukrayna prezidenti ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib:

“Prezident Zelenskinin sülhə nail olmaq üçün bütün təşəbbüslərini yüksək qiymətləndiririk. Bu təşəbbüslər beynəlxalq diplomatiya qaydalarına görə, çox vaxt aparır və çox mürəkkəbdir. Mən cənab prezidentdən xahiş etdim ki, bir az fərqli yol tutmaq, atəşi dayandırmaq və sonra danışıqları davam etdirmək mümkün olub-olmayacağı barədə düşünsün”.

Bundan əvvəl, Zelenskinin Telegram kanalında iki lider arasında danışıqların videosu yayıb. O bildirib ki, Macarıstanın baş naziri ilə ədalətli və davamlı sülhü necə yaxınlaşdıracağını müzakirə edəcək.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
yenisabah.az

1Mənbələr