AZ

İrandakı seçkilərdə mühafizəkarların qalib gəlmək şansı daha çoxdur - PROQNOZ

İran Məhkəmə Sisteminin nümayəndəsi Əsgər Cahangiri deyib ki, iyunun 28-də İranda növbədənkənar prezident seçkiləri ilə bağlı 58 nəfər həbs edilib.
O, həbs edilənlərin prezident seçkiləri ilə bağlı materiallar yazıb və dərc etdiklərinə görə cəzalandırıldıqları bildirib.
Bununla yanaşı, yüzlərlə sosial media fəalına da seçkilərlə bağlı paylaşımlarına görə xəbərdarlıq edilib.

Qeyd edək ki, İranda cümə günü keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. Rəsmilər ikinci turun olacağını deyirlər. İlkin rəsmi nəticələrə görə, islahatçı qanadın yeganə namizədi, etnik azərbaycanlı Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidədir. Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili 9 milyondan çox səslə ikinci gəlir.
Politoloq Sədrəddin Sultan "Sherg.az"a açıqlamasında bildirib ki, İranda prezidentlər Ali Dini liderdən asılıdır.
"İran hakimiyyətinin başçısı prezident yox Ali Dini Liderdir. Bu səbəbdən prezident onun göstərişləri əsasında işləyir. Hazırda seçkilərdə Məsud Pezeşkiana öndə olsa da, seçki ikinci tura qalıb. Hesab edirəm ki, seçkilərin ikinci turunda mühafizəkarların qalib gəlmək şansı daha çoxdur. Çünki İranda bir çox nüfuzlu şəxs ikinci turda Sədi Cəlilini dəstəkləyəcək. Buna görə də Səid Cəlilinin adi səs çoxluğu ilə qalib gəlmək ehtimalı var". 

Ekspert əlavə edib ki, sözügedən seçkilərdə seçilən prezidentin İranın ictimai-siyasi həyatında dəyişikliklər gözləmək doğru deyil
"Çünki İranda ölkənin daxili və xarici siyasətini ali rəhbər müəyyən edir. Prezident və onun başçılıq etdiyi hökumət icraçıdır. Bu baxımdan, Pezeşkian və ya Cəlili Xomeyninin əmrlərinin icraçısı ola bilər".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
sherg.az

1Mənbələr