Dörd günlük iş həftəsi bütün dünyada getdikcə adi hala çevrilərkən, Yunanıstanda iyulun 1-dən qüvvəyə minən iş saatları ilə bağlı yeni qanunla 6 günlük iş həftəsi sisteminə reaksiyalar artır.

İndex.az xəbər verir ki, yeni qanunla gündə 24 saat, həftənin 7 günü fəaliyyət göstərən müəssisələrə işçilərindən altı günlük iş tələb etməyə icazə verilir. Yeni hüquqi tənzimləmə turizm və qida sektorlarını əhatə etmir.

“Eurostat”ın 2023-cü il məlumatları göstərir ki, Yunanıstanda orta iş saatı həftədə 39,8 saatdır ki, bu da Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən yüksək göstəricidir.