AZ

“Demokratlar Baydenin ailəsindən narazıdır” - “Prezidentin yaxın çevrəsi hamıdan nə isə gizlədir”

ABŞ Demokratlar Partiyasında Prezident Co Baydenin müşavirləri və onun ailə üzvlərinə qarşı narazılıq artır. Səbəb onların Baydenin qocalığı ilə bağlı yaranan ciddi problemləri gizlətmələridir. Bu, xüsusilə də onun Donald Trampla seçki debatındakı fəlakətli çıxışından sonra özünü büruzə verib. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr yazır ki, debatdan sonra partiya donorları, məsləhətçiləri və fəalları ilə müsahibələr onların "Baydenin artıq Trampa meydan oxuya bilməyəcəyinə və daha gənc namizədə yol verməli olduğuna dair artan inamını" ortaya qoyub.

Qəzet Demokratlar Partiyası veteranlarından birinə istinadla Bayden komandasının prezidentin pisləşən vəziyyəti ilə bağlı "şəffaf olmadığını" yazıb: “Prezidentin yaxın çevrəsi hamımızdan nə isə gizlədir”.

Qəzet onu da əlavə edir ki, bəzi kəşfiyyat rəsmiləri Baydenin vəziyyətinin hələ keçən ildən pisləşdiyini deyirlər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azpolitika.info

1Mənbələr