AZ

“Turan Tovuz” “Sabah”dan ayrılan futbolçu ilə müqavilə bağladı

"Turan Tovuz" klubu braziliyalı futbolçu Kristian da Silvanı transfer edib. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

35 yaşlı oyunçu ilə 1+1 illik müqavilə bağlanıb. Son olaraq “Sabah”ın şərəfini qoruyan yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
5
bizim.media

10Mənbələr