AZ

Leonardo Spinatsola və Rui Patrisio “Roma”dan ayrıldılar

İtaliyanın “Roma” klubu 2 futbolçusu – müdafiəçi Leonardo Spinatsola və qapıçı Rui Patrisio ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Bu üzdən də onlar azad agent kimi komandanı tərk ediblər. “Canavarlar” hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Leonardo Spinatsola “Roma”ya 2019-cu ilin iyul ayında 29,5 milyon avro qarşılığından “Yuventus”dan gəlmişdi. 31 yaşlı sol cinah müdafiəçisi paytaxt klubunun heyətində 151 matça çıxıb. O, bu oyunlarda 7 qol vurub, 21 məhsuldar ötürmə verib.

Spinatsola karyerası ərzində “Atalanta”, “Peruca”, “Syena”, “Yuventus”, “Viçentsa”, “Empoli”, “Virtus Lansano” kimi klubların da formasını geyinib. O, 2017-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 24 matça çıxıb, 6 assist müəllifi olub.

Rui Patrisio isə 2021-ci ilin yayından “Roma”da oynayırdı. Paytaxt klubu həmin vaxt onu İngiltərə təmsilçisi “Vulverhempton”dan 11,8 milyon avro qarşılığında transfer etmişdi. Portual qapıçı “canavarlar”ın heyətində 129 oyuna çıxıb. O, bu oyunlarda 134 qol buraxıb, 48 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Patrisio daha öncə yalnız “Vulverhempton” və “Sportinq”in uğurları üçün çalışıb. 36 yaşlı qolkiper 2010-cu ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığma komandasında 108 oyuna çıxıb. Təcrübəli qolkiper bu görüşlərdə 89 qol buraxıb, 53 matçdan “quru” ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
arena.az

1Mənbələr