AZ

İlin ilk beş ayında Azərbaycanın çay istehsalı, ixracı və idxalı nə qədər olub?

Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 906 ton miqdarında çay istehsal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % və ya 486 ton çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə 4420 ton miqdarında çay istehsal olunub.

Bundan başqa, hesabat dövründə Azərbaycan xarici ölkələrə 292 ton miqdarında, 2 milyon 666 min ABŞ dolları dəyərində çay satıb. Bu, illik müqayisədə miqdar ifadəsi ilə 13 ton (4,7 %), dəyər ifadəsi ilə 160 min ABŞ dolları (6,4 %) çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanın çay ixracının miqdarı 279 ton, dəyəri isə 2 milyon 506 min ABŞ dolları olub.

Bu dövr ərzində Azərbaycana xarici ölkələrdən 5 min 120 ton miqdarında, 25 milyon 698 min ABŞ dolları dəyərində çay gətirilib ki, bu da illik müqayisədə miqdar ifadəsi ilə 254 (4,7), dəyər ifadəsi ilə 3 milyon 35 min ABŞ dolları (10,6 %) azdır. Ötən ilin ilk beş ayında Azərbaycan xaricdən 5 min 374 ton miqdarında, 28 milyon 733 min ABŞ dolları dəyərində çay alıb.

Əvəz Həsənov

Seçilən
95
valyuta.az

1Mənbələr