AZ

UEFA Bellingemə qarşı intizam işi açdı - 1/4 finalı buraxa bilər

UEFA İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingemin AÇ-2024-ün 1/8 finalında Slovakiyaya qarşı oyunda (2:1) davranışını yoxlayacaq.

Arena.az bu barədə qitənin ali futbol qurumunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Ədəb və intizam məmuru ləyaqətli davranışın əsas qaydalarının mümkün pozulması ilə bağlı araşdırma aparacaq. Bu məsələ ilə bağlı məlumat vaxtında veriləcək”, – UEFA-nın rəsmi saytında yerləşdirilmiş müvafiq məlumatda deyilir.

Xatırladaq ki, Bellingem oyuna əlavə edilmiş təzminat müddətində – 90+5-ci dəqiqədə komandasının bərabərlik qolunu vurduqdan sonra, tribunalara baxa-baxa azarkeşlər önündən keçərək, əlini əvvəlcə ağzına apararaq yaşlayıb, sonra paçasına sallayıb və “31” çəkirmiş – masturbasiya edirmiş kimi yelləyib. Bu biədəb əməlindən sonra Bellingem rəqibə hörmətsizlikdə ittiham edilib. Öz növbəsində Cud bu davranışının rəqibə qarşı qəsdən yönəlmiş hərəkət olmadığını və ümumiyyətlə Slovakiya yığmasına qarşı heç bir qərəzli niyyət daşımadığını vurğulayıb.

Vuğulayaq ki, UEFA müvafiq intizam işi üzrə oyun cəzası tətbiq edərsə, Bellingem İngiltərə yığmasının İsveçrə millisi ilə çeçirəcəyi 1/4 final oyununu tribunalrdan tamaşaçı kimi izləməli olacaq.

Cud Bellingemin ədəb-ərkandan uzaq hoqqasının əks edildiyi videonu təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
arena.az

1Mənbələr