"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi" təsdiq edilib.Bolgə.TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.Qeyd edək ki, saziş 2024-cü il mayın 8-də Ankara şəhərində imzalanıb.Bundan başqa, dövlət başçısının digər fərmanı ilə "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.Xatırladaq ki, bu sənəd 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanıb.Eyni zamanda, 2024-cü il mayın 24-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta