AZ

“Şamaxı” ingiltərəli futbolçu ilə ANLAŞDI  

Bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan “Şamaxı” heyətini gücləndirməkdə davam edir. 

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi daha bir legionerlə razılıq əldə edib. 

Söhbət Morqan Ferriyerdən gedir. 29 yaşlı hücumçunun son klubu İsrailin “Hapoel Akra” komandası olub. İngiltərəli futbolçu “Arsenal”ın yetirməsidir. O, həmçinin “Nottingem Forest” və “Kristall Palas” klublarının da şərəfini qoruyub. Yaxın günlərdə ölkəmizə gələcək futbolçu ilə rəsmi müqavilə imzalanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
bizim.media

1Mənbələr