AZ

Türkiyənin cənubunda iğtişaşlar zamanı 470-dən çox adam saxlanılıb

 Türkiyənin Kayseri vilayətində iğtişaşlar zamanı 470-dən çox adam saxlanılıb. Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, bazar günü Türkiyənin Kayseri vilayətində polis suriyalı kişini onunla qohumluq əlaqəsi olan Suriya əsilli uşağa təcavüz etməkdə şübhəli bilinərək saxladıqdan sonra iğtişaşlar başlayıb. Uşaq qəyyumluq orqanlarına təhvil verilib, kişi həbs edilib.

Leyla SƏMƏNDƏR Missiya.Az

Seçilən
103
missiya.az

1Mənbələr