Avropa Liqanın birinci təsnifat mərhələsində «Şerif»ə rəqib olan «Zirə»nin səfər planı dəyişib.
Qəsəbə təmsilçisi Moldovaya əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 9-da deyil, ondan 1 gün qabaq yollanacaq.
Bunda məqsəd yerli şəraitə daha tez uyğunlaşmaq, beləcə, ilk qarşılaşmaya daha yaxşı hazırlaşmaqdır.
Komanda Kişinyovu iyulun 11-də, elə oyun axşamı tərk edəcək. Tərəflər arasında cavab görüşü bu ayın 19-da baş tutacaq.
SPORTİNFO.AZ