AZ

Onun uğur mələyi olan Tatyana kimdir?

2023/24 mövsümü David Raya üçün ən yaxşı futbol ilidir. "Brentford"un qapıçısı "Arsenal"a icarəyə getdi, orada əsas qapıçı oldu. Ardınca Avro-2024-də çıxış etmək imkanı qazandı və hətta Almaniyada bir oyun keçirdi. O, Albaniya ilə matçda qapısını toxunulmaz saxlamağı bacardı.

Rayanı bu müddətdə dəstəkləyən və uğur mələyi hesab edilən xüsusi biri var - Tatyana Trubul. Gəlin, onunla tanış olaq.

Tatyana 1998-ci ilin noyabrın 10-da Barselonada anadan olub. Onun 26 yaşı tamam olacaq. Tatyana Daviddən 3 yaş kiçikdir.

Cütlük 2022-ci ildən birlikdədir. Həmin vaxt Raya "Brentford" ilə Premyer Liqada debüt etmişdi. Daha sonra İspaniya millisində ilk oyununu keçirib.

Tatyana haqqında məlumat o qədər də çox deyil. Lakin sosial şəbəkələrdəki fotolarından onun musiqi zövqünün mükəmməl olduğu qənaətinə gələ bilərik. Qız roku sevir. Ayron Mayden və Ramonesin pərəstişkarıdır.

Publika.az

Seçilən
110
publika.az

1Mənbələr