AZ

Simonyanın fotosu erməni cəmiyyətində narazılıqlara səbəb oldu

Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan sosial şəbəkə hesabında İspaniyada dincəlməsini əks etdirən fotolar paylaşıb.

News365.az xəbər verir ki, Simonyanın İnstaqramda yaydığı fotolar erməni cəmiyyətində narazılıqla qarşılanıb.

"Mamul" nəşri yazıb ki, sosial şəbəkələrin erməni seqmentində hiddətlə qarşılanan istirahət görüntüləri yersiz paylaşım olub. Çünki son aylar ölkədə etiraz aksiyaları keçirilir, nəinki ictimai-siyasi durum, sosial problemlər də pik həddə çatıb, spiker isə vecsiz şəkildə İspaniyada dincəlir. Ən azından xalqın içinə gedərək problemlərlə daha çox maraqlandığını göstərən fotolar yaya bilərdi.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
news365.az

1Mənbələr