AZ

Montella: “Hisslərin bizə hakim olmasına yol verməməliyik”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün 1/8 finalında Avstriya yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hisslərin bizi üstələməsinə imkan verməməliyik; intiqam haqqında düşünə bilmərik (mart ayında yoldaşlıq oyununda Avstriya yığmasına 1:6 hesablı məğlubiyyəti nəzərdə tutur – redaktorun qeydi). Biz Avstriya yığmasının nəyə qadir olduğunu bilirik, amma özümüzün də nəyə qadir olduğumuzu bilirik. Tribunaların qırmızı və ağ bayraqlarla dolu olmasını gözləyirəm. Azarkeşlərimiz indiyə qədər bizi çox yaxşı dəstəkləyiblər. Bu, bizə üstünlük verəcək”, deyə Montella vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin Avstriya – Türkiyə oyunu bu gün, iyulun 2-də Leypsiqin “Red Bull Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
arena.az

1Mənbələr