AZ

Sabirabadda Polis Günü qeyd edildi - Fotolar

Sabirabad rayonunda 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər. 

Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi Şəhidlər xiyabanında anılıb.

Polis şöbəsinin inzibati binasında davam edən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər iştirakçılar çıxışlar edərək rayon Polis şöbəsinin şəxsi heyətini bayram münasibətilə təbrik ediblər. 

Sabirabad Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov öz çıxışında Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açaraq polis əməkdaşlarının ölkə ərazisində ictimai-siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşları Sabirabad Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
qafqazinfo.az

1Mənbələr