AZ

Hindistanda daşqın və torpaq sürüşmələri nəticəsində 16 nəfər ölüb

Hindistanda yağan leysan yağışlar 16 nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərqində 300 mindən çox evlərini tərk etməli olub.

Yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 16-dan çox insan həyatını itirib.

Çanqlanq rayonunda su basmış məktəbdən 70 şagird və müəllim xilas edilib.

Sikkim, Manipur və Meqalaya əyalətlərində əksər yol və körpülər zədələnib.

Rəsmi məlumatlara görə, may ayının sonundan bəri ölkənin şimal-şərqində 6 ştatda daşqın və torpaq sürüşməsi nəticəsində 80-dən çox insan həlak olub.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
e-huquq.az

1Mənbələr