AZ

Çin NATO baş katibinin bəyanatına etiraz edib

Çin rəsmiləri NATO-nun baş katibi Yens Stoltenberqin Pekinin xarici siyasəti ilə bağlı açıqlamasına etiraz edərkən həm də alyansı Asiya-Sakit okean regionuna zərər verməməyə çağırıblar.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“NATO artıq Avropada qarışıqlıq yaradıb, Asiya-Sakit okean regionuna da zərər verməməlidir”,- deyə o bildirib. Stoltenberq ötən gün demişdi ki, alyans Çinə təzyiq göstərmək üçün Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlığını gücləndirməlidir. O, Çinin xarici siyasətinə də toxunub. Baş katibin sözlərinə görə, Pekin Moskvaya pilotsuz təyyarələrin və raketlərin istehsalında dəstək verməklə İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəyə səbəb olur.

Stoltenberq vurğulayıb ki, Pekin kursu dəyişməsə, Qərb bədəli ödəməlidir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
editor.az

1Mənbələr