AZ

“ABŞ qırıcılarını metal qırıntılarına çevirəcəyik“ - Şeremet

"Amerikanın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi hava üstünlüyü uğrunda yeni bir qarşıdurmaya səbəb olacaq. Bu təyyarələr metal qırıntıları kimi şöhrət qazanacaqlar".

News365.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Krımdan olan "deputat"ı, Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet deyib.

O qeyd edib ki, F-16-larla bağlı çox xəyal qurulur.

"Rus təyyarələri Amerika qırıcılarını məhv edəcəklər və bu, Kiyevin Rusiya Federasiyasına strateji məğlubiyyət yaşatmaq üçün olan hərbi ambisiyalarına son qoyacaq", -Şeremet bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Amsterdamın 24 ədəd F-16 qırıcısının Kiyevə ixracına icazə verdiyini və onlardan ilkinin tezliklə Ukraynaya göndəriləcəyini bildirmişdi.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
news365.az

1Mənbələr