AZ

Avstriyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi?

Bu AÇ-də sərgilədiyi oyunla böyük rəğbət qazanan Avstriya bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq. Avstriyalıların təcrübəli baş məşqçisi Ralf Ranqnik oyunöncəsi mətbuat konfransında açıqlamalar verib.

O, bu ilin martında hazırlıq oyununda Türkiyəni 6:1 hesabı ilə darmadağın etmələrinin qarşıdakı görüşə heç bir təsirinin olmayacağını bildirib:

''Turnirdən öncə kimsə bizə qrup lideri kimi 1/8 finalda Leyptsiqdə oyuna çıxacağımızı söyləsəydi, həmin şəxsə ''həddən artıq pozitivsən'' deyərdim. Bu oyunda bizi həm ''Leyptsiq'', həm də Avstriya fanatları dəstəkləyəcək. Hazırlıq dönəmindəki matçları ciddi qəbul etmək lazım deyil. Türkiyəni 6:1 məğlub etdiyimiz oyunun bu dəfəki matça heç bir təsiri olmayacaq. Çünki bu dəfəki oyun tamam fərqli ab-hava və ssenari ilə keçəcək. Hər hansı bir üstünlüyümüzün olduğunu düşünmürəm. Türkiyə güclü rəqibdi. İki komanda da oyuna yaxı hazırlaşacaq. Bu turnirdə bəzi komandalar sadəcə ayrı-ayrı futbolçuların fərdi keyfiyyətlərinə güvənirsə, bəziləri topu özündə saxlamağa, ilk dəqiqələrdən rəqibi təzyiq altına salmağa çalışır. Yaxşı futbol və inamlı qələbə ilə növbəti mərhələyə yüksəlmək istəyirik. Oyunçularım enerjilərini meydanda düzgün nümayiş etdirməlidilər. Türkiyə duyğusal komandadı. Onlarda duyğular hər zaman ön plandadı. Ona görə də biz də meydanda ürəyimizi qoymalıyıq. Avstriya son 35 ildə rəsmi oyunlarda Türkiyəni məğlub edə bilməyib. Bu məqamı unutmayaq. Ona görə də bizim favorit olmağımız haqda deyilənlər və yazılanlar məni maraqlandırmır. Hər şey meydanda bəlli olacaq".

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
football-plus.az

1Mənbələr