AZ

Marsda bitki: elm adamlarının yeni kəşfi

Çinli alimlər Marsda sağ qala biləcək və qırmızı planetdə həyatın yaranmasında mühüm rol oynayacaq bir səhra mamırı aşkar ediblər. Alimlər iddia edirlər ki, Antarktida və Moxave səhrasında (ABŞ-ın cənub-qərbindəki səhra - red.) bitən Syntrichia caninervis mamırı Marsdakı şəraitə, xüsusən də quraqlığa, yüksək radiasiyaya, həddindən artıq soyuğa tab gətirə bilir.

525.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb. Komanda deyib ki, onların işi belə bir mühitdə bitkilərin sağ qalmasını öyrənən ilk işdir və həmçinin bitkilərin istixanalarda deyil, planetin səthində böyümə potensialına diqqət yetirir.

Tədqiqatda iştirak etməyən Florida Universitetinin mamır üzrə mütəxəssisi, professor Stuart McDaniel ideyanın əsaslı olduğunu deyib: "Yerüstü bitkilərin becərilməsi istənilən uzunmüddətli kosmik missiyanın mühüm hissəsidir. Çünki bitkilər karbon dioksidi və suyu səmərəli şəkildə oksigen və karbohidratlara çevirirlər. Səhra mamırı yeyilə bilməz, lakin kosmosda digər vacib funksiyaları təmin edə bilər".

Pərvanə Sultanova






















Bizi İnstagramda izləyin

Seçilən
56
525.az

1Mənbələr