Avropa Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Filip Leyn inflyasiya ilə bağlı bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Filip Leyn bildirib ki, xidmət inflyasiyası uçot dərəcələrinin endirilməsi baxımından çox kritikdir.

Onun sözlərinə görə, inflyasiyanın gedişatını görmək üçün zamana ehtiyac var.

“Hələ də xidmət inflyasiyası ilə bağlı suallarımız var. Gördük ki, xidmət inflyasiyası son günlərə zidd hərəkət edir. Xidmətlər inflyasiyasının təsiredici element olub-olmamasını görmək lazımdır”.