AZ

Deşam: “Belçika yığmasının tələsinə düşmədik”

Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün 1/8 finalında Belçika millisi üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Arena.az xatırladır ki, “xoruzlar” belçikalıların öz qapısına vurduğu qol yekununda qələbəni bayram ediblər.

“Komandamız xeyli tərəqqi əldə etdi, rəqiblərimiz kağız üzərində hücumameyilli komanda olsalar belə, açıq-aşkar ehtiyatlı davrandılar. İmkanlar yaratmaq üçün əlimizdən gələni etdik və daha çox imkan yaratdıq, amma gözləmə oyununu oynadıq, onların tələsinə isə düşmədik. Bu, mənim xoşuma gəldi, amma açıq-aydın, sadəcə topa sahib olmaqla qalib gəlmək mümkünsüzdür.

İnsanlar 1/4 finala çıxacağımızı gözləsələr belə, gəlin, bu anın həzzini yaşayaq. Heç nə asan başa gəlmir. Biz 1/4 finaldayıq və bu, yarışın vacib mərhələsidir”, – UEFA-nın mətbuat xidməti fransız mütəxəssisdən sitat gətirir.

Belçika yığmasının bəxtsizcəsinə evə yollanması mənzərəsində 1/4 finala yüksəlmiş Fransa millisi bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
arena.az

1Mənbələr