AZ

"Donald Tramp hüquqi təqibdən qismən immunitetə malikdir" - ABŞ Ali Məhkəməsi

 
"Bu, Konstitusiyamız və demokratiyamızın böyük qələbəsidir. Mən amerikalı olduğuma görə qürur duyuram..."
 
"Amerikada krallar yoxdur,  heç kim, hətta ABŞ prezidenti də qanundan yüksəkdə dayanmır..."
 
ABŞ Ali Məhkəməsinin dünən çıxardığı qərar Donald Trampa sabiq prezidentə 2020-ci ilin seçkilərinin nəticələrinin ləğv edilməsinə cəhd ittihamı üzrə prosesdə kömək edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "nashaniva.com" nəşri yazıb.
 
Ali Məhkəmə ABŞ-ın sabiq prezidentinin vəzifədə olduğu müddətdə yol verdiyi davranışına görə məhkəmə təqibindən qismən immynitetə malik olduğu barədə qərar çıxarıb.
 
Dəqiq vəzifələri çərçivəsinə sığan "rəsmi hərəkətlərə görə" ona "tam immunitet" düşür, rəsmi şəxs kimi törədilən hərəkətlərinə isə bu, şamil edilmir.
 
Bu qərar doqquz hakimdən altısının səsi ilə qəbul edilib. Ali Məhkəmənin solmeylli hakimləri qərarın əleyhinə çıxıb.
 
O cümlədən Sonya Sotomayor bu qərarla razı olmadığını onunla izah edib ki, bu gündən  istənilən prezident "rəsmi səlahiyyətlərindən istifadə edərək praktiki olaraq istədiyini edə bilər". 
 
Ali Məhkəmə bu məsələyə Donald Trampın 2020-ci il seçkilərinin nəticələrinin ləğv edilməsinə güman edilən cəhd barəsində iş üzrə onun immunitetə malik olmadığı haqqında aşağı məhkəmənin qərarından apellyasiya şikayəti verməsi səbəbindən baxıb.
 
İndi Trampın işi yenidən aşağı instansiyaya göndəriləcək, o da sabiq prezidentin ittham edildiyi hərəkətlərinin hansı kateqoriyaya aid olduğunu müəyyən etməlidir.
 
Donald Tramp bu qərarı alqışlayıb. "Bu, Konstitusiyamız və demokratiyamızın böyük qələbəsidir. Mən amerikalı olduğuma görə qürur duyuram!" - o, özünün "Truth Sosial" sosial şəbəkəsində yazıb.
 
Hüquqşünaslar qeyd edir ki, bu qərar ona gətirib çıxaracaq ki, Trampın işi illərlə uzanacaq. İndi sabiq prezidentin müdafiəsi prokurorların istənilən qərarından Trampın konkret hərəkətlərinin immunitetə düşməsi ilə bağlı şikayət verə biləcək.
 
Bundan başqa, ABŞ-ın sabiq prezidentinə qarşı ittihamdan həlledici hissə çıxarılacaq.
 
Prokurorlar hesab edir ki, Donald Tramp vitse-prezident Mayk Pensə onun Co Baydenin qələbəsini təsdiq etməməsi üçün təzyiq edib. Belə hərəkətlər immunitetə düşən rəsmi hərəkətlər kimi təfsir ediləcək.
 
Ali Məhkəmənin Baş hakimi Con Roberts həmçinin qərar verib: prezidentin və onun müşavirlərinin ifadələri və özəl qeydləri məhkəmə tərəfindən dəlil kimi qəbul edilə bilməz.
 
Analitiklər qeyd edir ki, praktiki nöqteyi-nəzərdən bu qərar Donald Tramp üçün əhəmiyyətli qələbədir.
 
Bu arada isə ABŞ prezidenti Co Bayden Ali Məhkəmənin Trampın immuniteti ilə bağlı "vəziyyəti köklü surətdə dəyişən" qərarını pisləyib. 
 
Байден осудил решение Верховного суда США по иммунитету экс-президента Трампа
 
"Amerikada krallar yoxdur. Bizim hər birimiz qanun qarşısında bərabərik. Heç kim, hətta ABŞ prezidenti də qanundan yüksəkdə dayanmır", - o, bəyan edib.
 
O, qeyd edib ki,  bu qərar "vəziyyəti kökündən dəyişib", çünki praktiki olaraq prezidentin fəaliyyətinə məhdudiyyətləri aradan qaldırır.
 
"Bu, prinsipial olaraq yeni məqam və presedentdir, çünki səlahiyyətlər daha qanunla, hətta ABŞ Ali Məhkəməsi tərəfindən məhdudlaşdırılmayacaq".
 
Bayden bəyan edib ki, seçicilər seçkilərdən bir gün öncə 2021-ci il yanvarın 6-da nə baş verdiyini bilməyə layiqdir.
 
"İndi isə bu qərardan sonra bu, son dərəcə az ehtimal edilir. Bu, ölkənin xalqına göstərilən "ayı xidməti"dir", - o, deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
moderator.az

1Mənbələr