AZ

Premyer Liqa klubundan 41 milyonluq transfer

İngiltərə klubu “Tottenhem” heyətini gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Lids”in yarımmüdafiəçisi Arçi Qreyi transfer edib. Londonlular 18 yaşlı oyunçunun keçidi üçün “Lids”ə 41 milyon avro ödəyib. Gənc futbolçu paytaxt komandası ilə 6 illik müqavilə imzalayıb. Qeyd edək ki, ötən mövsüm 52 oyun keçirən Arçi Qrey Çempionşipin ən yaxşı gənc futbolçusu seçilib.

Seçilən
76
matc.az

1Mənbələr