AZ

Bakıda bank kartlarından oğurluq edənlər saxlanılıblar

İyunun 26-da iki paytaxt sakininin kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 şəxs saxlanılıb.

Avtosfer.az bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Bank kartlarından 500 manat və 650 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Həsən Həsənli, Fərid Ağamalızadə və bir qadın müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
avtosfer.az

1Mənbələr