AZ

Şəkidə Polis Günü qeyd edildi - Fotolar

Şəki Şəhər-Rayon Polis şöbəsində 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təqaüddə olan keçmiş polis əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəki Şəhər-Rayon Polis şöbəsinin rəisi, polkovnik Elnur Həsənov polis əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə təbrik edib və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan polisinin şərəfli yol keçdiyini, polis orqanlarının ölkəmizdə təhlükəsizliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını, ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edildiyini bildirib, polis əməkdaşlarını bu münasibətlə təbrik edib. İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində uğurlu fəaliyyət göstərir.

Tədbirdə digər çıxış edənlər polis işçilərini təbrik edib, onlara dövlətçiliyin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin qanuni mənafelərinin müdafiəsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən xidməti fəaliyyətində fərqlənən yeddi polis əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.









Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
qafqazinfo.az

1Mənbələr