AZ

Qarabağlı ermənilər yenə alət edilir: bu dəfə fərqli çirkin oyunda

Azərbaycana qarşı yeni, çirkin və siyasi məntiqdən,mənəviyyatdan, hüquqdan və əxlaqdan kənar oyun hazırlanır. Bu dəfərəsmi Bakını yeni ittihamlarla beynəlxalq məhkəmələrə verməyəhazırlaşırlar.

Qarabağ erməniləri arasında keçirilmiş "rəy sorğuları", habelə"faktaraşdırma və monitorinq qruplarının hesabatları" əsasında"beynəlxalq məruzə" adlandırılan sənəd ərsəyə gətirilib. Sənəddə"qarabağlı ermənilərin Azərbaycandan qovulmasının səbəbləri vətəfərrüatları"ndan bəhs olunur.

"Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" (Why Are There NoArmenians in Nagorno-Karabakh?) adlı məruzəni "Freedom House","İnsan Hüquqları Uğrunda Beynəlxalq Əməkdaşlıq" (InternationalPartnership for Human Rights), "Demokratiyanın İnkişaf Fondu"(Democracy Development Foundation), "Helsinki VətəndaşAssambleyası-Vanadzor", "Sərhədsiz Hüquq Müdafiəsi" (Protection ofRights without Borders), "Hüququn İnkişafı və Müdafiəsi Fondu" (LawDevelopment and Protection Foundation) və "Truth Hounds"təşkilatları hazırlayıblar.

"Faktların müəyyənləşdirilməsi missiyası 1949-cu ildə qəbuledilmiş 4 Cenevrə konvensiyasını və əlavə protokolları, "Silahlımünaqişə zamanı mədəni dəyərlərin müdafiəsi haqqında" Haaqakonvensiyasını (1954-cü il) və əlavə protokolları, habeləməlumatların təhlili zaman beynəlxalq humanitar hüquqdan istifadəedib", - məruzənin annotasiyasında vurğulanır.

Hesabat tipli məruzədə 44 günlük İkinci Qarabağ Müharibəsinin"Dağlıq Qarabağ ermənilərin üçün travmatik təcrübə olduğu", onların"gülləbaranlara, bombardmanlara və blokadaya məruz qalmaları"vurğulanır.

Rəsmi Bakı qarabağlı ermənilərin Ermənistandan aldıqları içməlisu, elektroenerji, mobil rabitə, təbii qaz və interneti kəsməkdə,onları "bilərəkdən və qəsdli şəkildə ərzaqla, dərman preparatlarıvə gündəlik tələbat malları ilə təminatdan məhrum etməkdə"suçlanıb.

"2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyatakeçirdiyi əməliyyat nəticəsinqdə 229 qarabağlı erməni, o cümlədən34 dinc sakin həlak olub. Həlak olanların 5 nəfəri uşaqdır. 244nəfər, o cümlədən 31 dinc sakin (10-u uşaqlar) yaralanıblar. Dahasonra siə 15 nəfər, o cümlədən 5 mülki şəxs itkimn düşüblər.Qarabağlı ermənilərin tam əksəriyyəti evlərinə qayıda bilmirlər.Onlar hətta şəxsi əşyalarını belə, götürə bilməyiblər. Bütün bunlaronu göstərir ki, Azərbaycan Dağlıq Qarabağın sakinlərini evlərindəndidərgin salmaq və ölkədən qovmaq üçün əvvəlcədən planlaşdırılmışaksiyaları həyata keçirib", - hesabatda bildirilir.

Hesabatdakı iddiaların absurdluğu, reallıqla heç bir əlaqəsininolmaması və s. - bütün bunlar bəllidir. Sənədə fikir vermədən dəkeçə bilərdik, amma olmaz. Çünki bu sənəd nə qədər absurd vəirrasional təsir bağışlasa da, Ermənistanla yanaşı, xariciölkələrdəki erməni diaspor təşkilatları və Ermənistanın hamiləritərəfindən Azərbaycana qarşı yeni ittihamlar üçün "əsas" rolunuoynayacaq.

Ermənilərin mənəviyyat, gerçəklik və hüquqdan çox uzaqittihamları isə Bakı ilə İrəvan arasında aparılan sülhdanışıqlarına mənfi təsir göstərə bilər.

Xatırladaq ki, dünən rəsmi Ankara Türkiyə və Ermənistandan olannormallaşma nümayəndələrinin görüşündən imtina edib.

Bu barədə Ermənistan KİV-ləri diplomatik mənbəyə istinadənyazırlar.

Erməni mənbələri iddia edirlər ki, Ankara fikrini dəyişərəkTürkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nəplanlaşdırılan görüşdən imtina edib: "Son anda Türkiyə tərəfigörüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri göstərilməyib”.

Bir qədər əvvəl yayılmış məlusatlara görə, ABŞ-ın təklifi iləAnkara ilə İrəvan arasında normallaşma istiqamətində şərtsizdanışıqlar başlasın və iki ölkə arasında sərhədlər tezlikləaçılsın. Həm də bunu Azərbaycanla sülh müqaviləsi prosesindənayıraraq, sırf Ermənistan - Türkiyə müstəvisində həyatakeçirsinlər. Artıq Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edirdiki, Türkiyə ilə münasibətlərin normallaşmasını Azərbaycanlaaparılan sülh müqaviləsi prosesindən ayırmaq lazımdır.

ABŞ Cənubi Qafqazdakı proseslərə tam nəzarət mexanizmləriniformalaşdırmaq və onların vasitəsilə bölgədəki proseslərə effektivtəsir etmək üçün indiyədək reallaşdırdığı ssenarilərin gözlənilənnəticə vermədiyini anladığından yeni taktikaya əl atıb. 2009-cuildəki "Sürix protokolları"nın reinkarnasiyası sayıla biləcək"sərhəd təmasları" Ankara və Bakı arasındakı əlaqələrə rəğmən,Türkiyəni paralel marşruta cəlb etmək məqsədi güdür.

Rəsmi Ankara amerikalıların bu hiyləgər "tövsiyyə"sini qəbuletmədilər.

Türkiyənin mövqeyi dəyişməyib: ilk əvvəl Ermənistan Azərbaycanlaşərti dövlət sərhədinin demarkasiyasını və delimitasiyasını başavurmalı, yekun sülh sazişini imzalamalı, bu proseslər üçün bütünhəruri şərtləri yerinə yetirməlidir.

Yalnız bu proseslər baş tutarsa, Türkiyə Ermənistanlasərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasıprosedurlarına başlaya bilər.

ABŞ-ın dövlət katibi Entoni Blinkenin Avrasiya və Avropaməsələləri üzrə köməkçisi Ceyms O-Brayenin bölgəyə səfəri və Bakıdaapardığı danışıqlardan dərhal sonra Vaşinqtonun "sərhədritorika"sını yenidən gündəmə gətirməsi ilə "qarabağlı ermənilərləbağlı" hesabatın açıqlanmasını təsadüf saymaq sadəlövhlükolardı.

Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin «Dağlıq Qarabağ»adlandırıldığı, ölkəmizi könüllü tərk edərək Ermənistana yollanmışqarabağlı ermənilərin az qala soyqırım təhlükəsi iləüzləşdiklərinin israrla vurğulandığı hesabata gəldikdə isə, onun dahazırlanması və açıqlanması spontan hadisə deyil.

Təbii ki, ermənilər və onların havadarları Ermənistanda etniktəmizləmə siyasətinə, işgənxələrə məruz qalan yüz minlərləsoydaşımızın yurd-yuvalarından zorla qovulmalarını, bu zamanyüzlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyinixatırlamaq istəmirlər.

Xankəndindəki sabiq separatçı rejimi az qala qarabağlıermənilərin “qanuni idarəetmə strukturu” kimi qələmə verən hesabatmüəllifləri separatçı-terrorçu xuntanın onillərlə dincazərbaycanlıları hədəfə aldığını, qətlə yetirdiyini də yaddançıxarıblar.

Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanınn Azərbaycanaqarşı işğalçı müharibə aparması, ərazilərimizin 20 faizinin işğaledilməsi, kənd və şəhərlərimizin viran qoyulması da fakt deyil.

Dağılan məscidlər, ibadət evləri, muzeylər, tarix və mədəniyyətabidələri də ermənilərlə onların hamiləri üçün Azərbaycanın ŞərqiZəngəzurda, 30 il erməni işğalında olmuş ərazilərində mədəniirsinin məhv edilməsi deyilmiş.

Əvəzində erməniləşdirilmiş alban kilsələri, saxta tarixli vəuydurma rəvayətli “tarixi abidələr”, işğal illərində inşa edilmişkilsələr, sən demə, “qarabağlı ermənlərin min illərlə yaşı olantarixi-mədəni irsi” imiş.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
az.trend.az

4Mənbələr