AZ

Avropaya Kremlin TƏHDİDİ: “Rusiyanın nüfuzunun qarşısı alınmalıdır” – Almaniyanın XİN rəhbəri

“Ukraynaya yardım Avropanın təhlükəsizliyinə töhfədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri nüfuzlu “Taggeschau” nəşri ilə söhbətində Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Onun sözlərinə görə, Ukraynaya yardım xeyriyyə jesti deyil, əksinə, Rusiya təhlükəsi fonunda Avropanın milli təhlükəsizliyinə sərmayədir.

Berlində keçirilən konfransda o, Avropanın hər santimetrini və azadlığını qorumağın vacibliyini vurğulayıb.

Ukyaynaya yardımın vacibliyindən söz açan XİN rəhbərinin fikrincə, Kiyevə tam dəstəyin verilməsi Avropanın təhlükəsizlik arxitekturasının qorunması üçün vacib amildir.

Nəşr A. Berbokun sözlərindən sitat gətirərək yazır ki, bu gün Avropanın strateji mövcudluğu Kremlin təhdidi altındadır və mütləq şəkildə Rusiyanın Avropaya nüfuzunun qarşısı alınmalıdır.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
yenicag.az

1Mənbələr