NATO ölkələri Avropada sağçı qüvvələrin mövqelərinin güclənməsi və Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində mümkün qələbəsi fonunda Ukraynaya uzunmüddətli dəstəyi sığortalamaq niyyətindədir.
Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr “The Wall Street Journal”a bildiriblər.
Onların sözlərinə görə, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək Alyansın qarşıdan gələn sammitində NATO Ukraynaya yardım göstərmək üçün məsul mövqe yaradacaq. Bu vəzifəni Kiyevdə işləyəcək yüksək rütbəli məmur tutacaq. O, Ukraynanın hərbi sektorun modernləşdirilməsi və qeyri-hərbi dəstək üçün uzunmüddətli ehtiyaclarına diqqət yetirəcək.
Bundan başqa, blok Almaniyanın Visbaden şəhərində Kiyevə hərbi texnikanın tədarükü və Ukrayna qoşunlarının təlimini əlaqələndirmək üçün yeni komandanlıq yaradacaq.
Azpost.info