Azərbaycan Respublikası ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin 30 ilə yaxın müddətdə Xankəndində qanunsuz fəaliyyət göstərmiş “artsaxtv” telekanalının İrəvanda fəaliyyətinin bərpasına başlanıb.
Hafta.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bu barədə separatçı-terrorçu rejimin qondarma “ombudsmanı”- “hüquq müdafiəçisi” Qeqam Stepanyan öz “Facebook” səhifəsində yazıb və həmçinin video yayımlayıb.
Xatırladaq ki, Azərbaycan ordusunun 19-20 sentyabr 2023-cü il tarixlərindəki cəmi bir sutkalıq lokal əməliyyatından sonra Qarabağın yuxarı hissəsində 32 il ərzində fəaliyyət göstərmiş separatçı-terrorçu rejim bütün qurumları, o cümlədən media vasitələri ilə birgə tamamilə ləğv edilib. Rejimin bir sıra sonuncu və keçmiş liderləri həbs edilərək Bakıya gətirilib, qalanları isə erməni sakinlərlə birgə Ermənistana qaça bilib.