AZ

“Kəpəz” Qəbələdə “Turan Tovuz”la da sınaq matçı keçirəcək

Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan “Kəpəz” Qəbələdə “Turan Tovuz”la yoxlama matçı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, görüş iyulun 10-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyuna saat 17:00-da start veriləcək.

Xatırladaq ki, “Kəpəz” iyulun 14-də Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Şamaxı” ilə də yoxlama matçında üz-üzə gələcək. Bu oyun da Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun start fiti saat 17:30-da səsləndiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
13
arena.az

10Mənbələr