AZ

Tehran İsaili müharibə ilə hədələdi: Bütün vasitələrdən istifadə ediləcək

"İran "Hizbullah"ı dəstəkləmək üçün bütün vasitələrdən istifadə edəcək".

Yenisabah.az Financial Times-a istinadla xəbər verir ki, bunu Ali Rəhbərin baş müşaviri, Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xərrazi deyib.

"Əgər sionist rejim Livan "Hizbullah"ına qarşı genişmiqyaslı hücuma keçərsə, Yaxın Şərq regionu Tehran və "müqavimət oxu"nun da iştirak edəcəyi müharibənin başlaması riski ilə üzləşəcək. Müqavimətin bütün imkanlarını işə salınacaq", - deyə o vurğulayıb.

Xərrazi qeyd edib ki, İslam Respublikasının regional müharibədə maraqlı deyil. O, Amerikadan münaqişələrin daha da genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməsini istəyib:

"Müharibənin İran da daxil olmaqla bütün ölkələri əhatə etməklə bütün regiona yayılma ehtimalı var və belə bir vəziyyətdə "Hizbullah"ı tam dəstəkləməkdən başqa çarəmiz yoxdur".

O əlavə edib: "Müharibənin genişlənməsi heç kimin, nə İranın, nə də Amerikanın marağındadır".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
yenisabah.az

1Mənbələr