AZ

Zelenski NATO-nun gələcək baş katibi ilə telefon danışığı aparıb

Ukrayna lideri Vladimir Zelenski Hollandiyanın baş naziri və NATO-nun gələcək baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat yayıb.

Zelenski Kiyevə verdiyi dəstəyə görə Rutte və Hollandiya hökumətinə təşəkkür edib, həmçinin onu Şimali Atlantika Alyansına rəhbər vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

O bildirib ki, Ukrayna rəsmiləri NATO-nun baş katibi kimi Rutte ilə əlaqə saxlamağa davam edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
operativmm.az

1Mənbələr