AZ

Le Penə qarşı plan: 185 namizəd geri çəkildi

Milli Birlik Partiyasının səs çoxluğu əldə etməməsi üçün “Respublika naminə birlikdə” prezident koalisiyasından və Yeni Xalq Cəbhəsi solçu blokundan deputatlığa namizədlər namizədliklərini geri götürüblər.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

“185 namizəd seçkilərdən imtina edib. İkinci turda iştirakdan solçulardan 121, prezident koalisiyası və digər partiyalardan 60 nəfər imtina edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, seçkilərə 18 saat qalmış partiyalar ikinci turda iştirak edəcək namizədlərin siyahısını təqdim etməlidir.

Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağ Milli Birlik Partiyası qələbə qazanıb.

Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
axar.az

5Mənbələr