AZ

Şahramanyan üçün həbsxananın yolu göründü – Yeni ittiham

Keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi işi çərçivəsində müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları separatçıların İrəvandakı ofisinə basqın edərək, Şahramanyanın “xidməti avtomobil”ini aparıblar.

Müstəntiq bundan sonra jurnalistlərə bildirmişdi ki, əməliyyat cinayət işi çərçivəsində keçirilib. Amma digər təfərrüatlar açıqlanmamışdı, o, bunun məhkəməyə qədərki sirr olduğunu qeyd etmişdi.

“Hraparak” ötən həftə məlumatlı mənbələrə istinadla yazmışdı ki, Şahramanyan yaxın vaxtlarda həbs edilə bilər. Mənbənin iddiasına görə, ötən günlərdə onun “xidməti avtomobil”inin Ermənistan hökuməti tərəfindən müsadirəsi təsadüfi deyil.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
teleqraf.com

1Mənbələr