AZ

Yamal imtahan verdi - AÇ-nin SINAĞI

Bilindiyi kimi, İspaniya yığmasının yeni ulduzu və vunderkindi Lamin Yamal AÇ-2024-ün qrup mərhələsində diqqətini tək futbola yox, həm də təhsilinə yönəltmək məcburiyyətində idi.

Bu barədə dünya mətbuatında da yetərincə xəbər yazılmışdı.

Belə ki, 16 yaşlı vinger AÇ-yə gələrkən İspaniyada ESO adlanan orta təhsilini tamamlamamışdı. “Barselona”nın yetirməsi turnirin gedişində məcburi şəkildə onlayn kurslara qatılırdı. Yamal artıq bu kursları və imtahanı uğurla başa vuraraq orta təhsilini tamamlayıb. COPE radiostansiyasının məlumatına görə Yamal kursu kafi qiymətlərlə bitirib. O, kursu bitirən kimi ilk növbədə anasına zəng vurub. Xəbərdə qeyd olunur ki, Yamalın ən sevimli fənləri tarix və riyaziyyatdı. Bu turnirdə artıq bir sıra rekordları yeniləyən Yamal ilə bağlı daha bir xəbər var. O qarşıdan gələn Yay Olimpiya Oyunlarında iştirak etməmək qərarına gəlib.

Yamal yaşına görə onsuz da kifayət qədər rəsmi oyuna çıxdığını və artıq bütün diqqətini AÇ-2024-ə yönəltmək istədiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
football-plus.az

1Mənbələr