AZ

Anti-Suriya aksiyaları Türkiyəni silkələməkdə davam edir

Türkiyəni ikinci gündür ki, anti-Suriya aksiyaları silkələyir. Bütün bunlar beş yaşlı qıza cinsi təcavüzdə ittiham olunan 26 yaşlı suriyalı gəncin həbsinə görədir. Etirazçılar qaçqın lazım deyil deyə qışqırır, dükanları yandırırlar.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Kayseri şəhərində Suriyadan olan bir qaçqının 5 yaşlı qızı zorlamaqda şübhəli bilinərək həbsindən sonra başlayan anti-Suriya aksiyasının 67 iştirakçısının saxlanıldığını açıqlayıb.

“Suriya vətəndaşının azyaşlı qohumuna qarşı zorakılığa görə həbsindən sonra bəzi vətəndaşlarımız qanunsuz və dəyərlərimizə zidd hərəkət edərək Suriya vətəndaşlarına məxsus evlərə, iş yerlərinə və avtomobillərə ziyan vurublar”, - deyə nazir bildirib.

Ərdoğan isə bu arada bildirib ki, cəmiyyətdə miqrantlara qarşı ksenofobiya və nifrət aşılamaqla heç nəyə nail olmaq olmaz. Onun sözlərinə görə, Kayseridəki iğtişaşların səbəblərindən biri də müxalifətin zəhərli ritorikasıdır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
oxumeni.az

1Mənbələr