AZ

Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!

     Bloomberg-dən Mark Gurman-ın hesabatına görə, Apple, digər böyük süni intellekt təminatçıları kimi, pul qazanacaq şəkildə süni intellekt texnologiyalarından istifadə etməyi planlaşdırır. Apple, öz istifadəçilərinə pulsuz əsas giriş təklif edəcək, lakin əlavə funksiyalar üçün aylıq abunə haqqı almağı planlaşdırır. Hazırkı iCloud+ kimi, müəyyən əsas xidmət pulsuz olacaq, lakin daha çox istəyənlər əlavə ödəniş etməli olacaqlar.     Üstəlik, Apple, istifadəçilərinə ChatGPT, Claude və Google Gemini kimi digər süni intellekt xidmətlərinə çıxışı təmin edərkən komissiya qazanmağı da hədəfləyir.  Beləliklə, Apple vasitəsilə bu xidmətlərdən istifadə etdiyiniz zaman Apple da pul qazanacaq. Bu əməkdaşlıqların payızda iOS 18, iPadOS 18 və macOS Sequoia-nın buraxılması ilə elan ediləcəyi gözlənilir. Amma hər şey həmişə Apple-ın istədiyi kimi olmur. Apple-ın böyük süni intellekt planları, Avropa İttifaqı (Aİ) ilə tənzimləyici mübahisələrə görə baş tutmaya bilər. Apple, bu ilin sonunda Aİ bölgəsində süni intellekt xidmətlərini işə salmayacağını bildirib. Bu vəziyyət Apple üçün həm imic, həm də iqtisadi mənada itkilərə səbəb ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
technote.az

1Mənbələr