AZ

Fransada 185 namizəd seçki yarışından çıxıb

Fransada

Bakı, 2 iyul, AZƏRTAC

“Respublika uğrunda birlik” prezident koalisiyasından və solçu “Yeni Xalq Cəbhəsi” blokundan olan namizədlər sağçı “Milli birlik” partiyasının səs çoxluğu əldə etməsinə mane olmaq üçün seçkilərdən geri çəkiliblər.

AZƏRTAC “Monde” qəzetinə istinadla xəbər verir ki, indiyədək 185 namizəd seçkilərdə iştirakdan imtina etdiyini açıqlayıb. Onlardan 121-i solçuların, 60-ı prezident koalisiyasının, bir neçəsi isə digər partiyaların nümayəndələridir.

İkinci turunda iştirak edəcək namizədlərin yekun siyahıları bu gün axşam saatlarında təqdim edilməlidir.

“Milli birlik” partiyasının sərdi Jordan Bardella solçularla makronistlərin birliyini qeyri-təbii və vicdansız addım adlandırıb. Partiyanın vitse-prezidenti Sebastyan Şenyu isə öz növbəsində fransızların səsinə məhəl qoyulmadığını, solçuların isə hakimiyyəti pensiya islahatına fəal etiraz edən sabiq Baş nazir Elizabet Borna qaytarmağa kömək etdiklərini vurğulayıb.

Qeyd edək ki, iyunun 30-da Fransada keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunda qalib gələn “Milli birlik” Respublikaçılar partiyasından olan müttəfiqləri ilə birlikdə 33,15 faiz səs toplayıb. Bu nəticə onlara parlamentdə təxminən 270 yer əldə etməyə imkan verəcək. Çoxluq qazanmaq üçün isə 289 mandat lazımdır.

Solçu “Yeni Xalq Cəbhəsi” bloku 27,99 faiz səslə ikinci, Emmanuel Makronun koalisiyası isə 20,04 faizlə üçüncü yeri tutub. Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Jordan Bardella yalnız partiyasının mütləq çoxluğa yiyələnəcəyi təqdirdə baş nazir olacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
azertag.az

1Mənbələr