AZ

Macarıstanın baş naziri: "Bayden, Makron...Dəyişiklik yaxınlaşır" 

"ABŞ-də və Fransada keçiriləcək seçkilər dəyişikliklərə səbəb olacaq". 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ-də və Fransada keçiriləcək seçkilərə münasibət bildirən Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Qərbin seçiciləri liderlərini rədd etmək üçün ayağa qalxıblar:

"Vestfaliya sülh müqaviləsindən sonra ilk dəfədir ki, böyük Qərb ölkələrinin hökumətləri yıxılır. Niyə yıxılırlar? Çünki onların hamısı seçicilərinin rədd etdiyi məsələləri qəbul edirdilər".

Qeyd edək ki, Vestfaliya sülh müqaviləsində beynəlxalq münasibətlərdə suveren dövlət prinsipinin bərqərar olması nəzərdə tutulub.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
bakivaxti.az

1Mənbələr