AZ

Rusiya buna imkan verməz:” Amma hər zaman ehtiyyatlı olmaq lazımdır”

“Qarabağda qanunsuz məskunlaşıb Azərbaycanın öz ərazilərinə yenidən sahib olduqdan sonra ərazidən Ermənistana qaçan ermənilərin ordudan da başqa ölkələrə, xüsusən də Rusiyaya getməsi proqnoz edilirdi. Əvvəla onların çoxu elə Rusiya vətəndaşı idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, ermənilərin tək Rusiyada yox, getdikləri hər yerdə Azərbaycana və azərbaycanlılara qarşı fəaliyyətdə olacağı gözləniləndir:

“Çünki onların yaşamı, yəni, erməni diasporasının yaşamı Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik prinsipi üzərində qurulub. Bu, onlarda ideologiya halına gəlib. Odur ki, Qarabağdan qaçan ermənilərdən də hər şey gözləmək olar. Əsas məsələ Rusiyanın onlardan gələcəkdə Azərbaycana qarşı istifadə etmək fikrində olacağıdır. Bu, çox böyük ehtimaldır. Amma bu dəfə bilavasitə Azərbaycana heç nə edə bilməzlər. Həm Azərbaycan ərazisində erməni yoxdur. Təbii ki, Qarabağ ərazisi nəzərdə tutulur. Sonra isə Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Rusiya belə buna cəhd edə bilməz.

Rusiya ərazisində isə indiki məqamda belə toqquşmalar öz maraqlarına ziddir. Rusiya buna imkan verməz. Amma gələcək nə göstərəcək bunu təxmin etmək olar. Rusiyanın Ukraynada müharibədən necə çıxacağı gələcəyi müəyyən edəcək. Təfərrüatlara varmadan qeyd etmək lazımdır ki, Rusiya ilə hər zaman ehtiyyatlı olmaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
editor.az

1Mənbələr