AZ

BU DEPUTATLAR YENİ MİLLİ MƏCLİSDƏ OLMAYA BİLƏR - Adlar

Sentyabrın 1-də keçiriləcək növbədəkənar seçkilərlə formalaşacaq VII çağırış Milli Məclisdə bir sıra tanınmış deputatlar yer almaya bilər.

“AzPolitika”-nın müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, buna səbəb yaş faktoru, millət vəkili kimi fəaliyyətlərinin hakim partiyanı qane etməməsi və digər səbəblərdir.

Məlumatda qeyd olunur ki, yeni Milli Məclisdə keçmiş spiker Oqtay Əsədovun, Naxçıvan MR Ali Məlisinin keçmiş sədri Vasif Talıbovun, deputatlar Ülviyyə Həmzəyevanın, Aqiyə Naxçıvanlının, akademik Ziyad Səmədzadənin, Eldar İbrahimovun, Jalə Əhəmdovanın, Könül Nurullayevanın və İqbal Məmmədovun yer almayacağı gözlənilir.

Mənbələr bildirirlər ki, 114 saylı Şəki şəhər Seçki Dairəsindən seçilmiş iqtisadçı alim, deputat Əli Məslimli də mandat almaya bilər. MSK-nın apardığı yerdəyişmələr nəticəsində bu dairə ləğv olunub, seçki məntəqələri isə digər dairələrin hüdudlarına daxil edilib.

Rasim

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
azpolitika.info

8Mənbələr