AZ

Entoni Albanese Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməyəcək

Avstraliyanın baş naziri Entoni Albanese 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməyəcək. Bu barədə Avstraliyanın Sky News telekanalı məlumat yayıb.

Avstraliyanı qarşıdakı görüşdə baş nazirin müavini və Avstraliyanın müdafiə naziri Riçard Marles təmsil edəcək. Telekanalın məlumatına görə, Albanaze diqqətini daxili işlərə yönəltmək niyyətindədir.

Bəzi avstraliyalı müşahidəçilər baş nazirin Vaşinqtona getməmək qərarını pisləyərək, dünyada və regionda təhlükəsizlik problemlərini nəzərə alaraq, ölkə liderinin NATO sammitində iştirakının vacib olduğunu qeyd ediblər.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
oxumeni.az

2Mənbələr