AZ

Niderland ilk F-16 qırıcılarının Ukraynaya təhvil veriləcəyini təsdiqləyib

Niderland hökuməti 24 ədəd F-16 qırıcısının Ukraynaya ixracına icazə verib, onlardan birincisi yaxın vaxtlarda təhvil veriləcək. "Yeni Azərbaycan" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Kaysa Ollonqren bildirib.

“İyunun 19-da Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq Naziri 24 F-16 təyyarəsi və yeddi F-16 təyyarə mühərrikinin ixracına icazə verib. Niderland  tezliklə ilk F-16-ları Ukraynaya təhvil verəcək”, - deyə  Ollonqren bildirib.

Havar Şəfiyeva  

Seçilən
68
34
yeniazerbaycan.com

10Mənbələr