AZ

Təyyarə güclü şəkildə silkələndi, 35 nəfər yaralandı – TƏCİLİ ENİŞ

İspaniyadan Uruqvaya uçan təyyarənin turbulentlik səbəbindən Braziliyaya məcburi eniş etməsi nəticəsində 36 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, İspaniyadan Uruqvaya uçan təyyarə şiddətli turbulentlik yaşayıb. Ona görə də təyyarə Braziliyanın şimal-şərqindəki hava limanında təcili eniş” etməli olub. Sərnişin təyyarəsində 36 nəfər yaralanıb.

Təyyarə İspaniyanın “Air Europa” aviaşirkətinə məxsusdur.

Bəzi sərnişinlər salonda təşvişə düşüb və yaranan çaşqınlıq, silkələnmə nəticəsində baş, boyun və sinə nahiyəsindən xəsarət alanlar olub.

Yaralanan sərnişinlərə ilk tibbi yardım göstərilib. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. Bəzi sərnişinlər isə şoka düşüb.

Səlahiyyətlilər xəstəxanaya yerləşdirilən 5 sərnişindən 4-nün reanimasiyada müalicəsinin davam etdiyini bildirib.

Yerli mətbuata açıqlama verən 2 sərnişin bildirib ki, turbulentlik zamanı 1 sərnişin oturacağından atılaraq təyyarənin tavanına çırpılıb və bu sərnişin yerə enənə qədər təyyarənin tavanında ilişib qalıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
konkret.az

1Mənbələr