AZ

“Ən böyük arzularımdan biri Türkiyə Prezidentini Şuşada bu şeirlə salamlamaqdır”

Məlum olduğu kimi, cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçiriləcək. Toplantıda bir sıra ölkələrlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

 

Bu münasibətlə Moderator.az-a açıqlama verən 12 yaşlı bədii qiraətçi, daim Azərbaycan-Türkiyə qardaşlığını təbliğ edən şeirləri ilə gündəmə gələn Zəhra İmranlı, Türkiyə Prezidenti ilə bağlı  maraqlı arzusunu dilə gətirib. Rəcəb Tayyib Ərdoğanın Şuşaya ilk səfəri zamanı  - 2021-ci ilin iyun ayında onunla bağlı türk dilində “Türk dünyasının qüruru” adlı şeir səsləndirdiyinə diqqət çəkən qiraətçi,  hələ o zaman Türkiyə Prezidentini Şuşada bu şeirlə salamlamaq istədiyini bildirib:

 

“Gələcəklə bağlı bir çox arzum var və ən böyük arzularımdan biri Türkiyə Prezidentini Şuşada bu şeirlə salamlamaq, ona xalqımızın sevgi və minnətdarlığını bu şeirlə bidlirməkdir. Hələ 2021-ci ilin iyun ayında hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı bui şeiri səsləndirmək istəsəm də, buna nail ola bilmədim.Ümid edirəm ki, 44 günlük Vətən müharibəsində xalqımıza mənəvi-diplomatik dəstək verən qardaş Türkiyəmizin dövlət başçısını nə vaxtsa bu şeirlə salamlaya, onu doğma Şuşamızda görməkdən nə qədər məmnun olduğumuzu göstərə biləcəm”.

 

Məlumat üçün qeyd edək ki, şeirdə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı maraqlı ifadələr yer alıb.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
moderator.az

1Mənbələr